KANAL24.AZ
Az Iw En Ru

Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılan xalq artistindən- Açıqlama

Ötən gün prezident İlham Əliyev bir qrup incəsənət xadimləri haqda sərəncam imzalayıb. İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, xalq artisti Afaq Bəşirqızını isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırıb.

 

Qafqazinfo” xalq artistinin təssüratlarını öyrənmək üçün A.Bəşirqızı ilə əlaqə saxlayıb. O isə bu haqda geniş danışmaq istəmədiyini bildirib:

“Mən necə fikir bildirim? Bu haqda danışmağım təvazökarlıqdan uzaq olar.  Prezident fərdi təqaüdə layiq görüb, təşəkkür edirəm. Bu mükafatlandırma bir sənətkar kimi mənim məsuliyyətimi artırdı. Utanıram, belə  mövzularda danışmağı xoşlamıram”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüddür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib. 

Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilib.


20:50 07.05.2015