KANAL24.AZ
Az Iw En Ru

Akademik Zərifə Əliyevanın adını daşıyan liseylər görkəmli oftalmoloq alimin anım mərasimini keçirib (FOTO)

Bakıda və Zaqatalada Akademik Zərifə Əliyevanın adını daşıyan liseylər görkəmli oftalmoloq alimin anım mərasimini birgə keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi, akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü Liseyin direktoru Kəmalə Əhmədovanın təşəbbüsü ilə görkəmli oftalmoloq alimin anadan olmasının 92-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, liseyin müəllim və şagirdlərindən ibarət bir qrup Bakıda akademikin adını daşıyan təhsil ocağının qonağı olublar. Hər iki liseyin müəllim və şagird kollektivi birlikdə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Zaqataladan gələn nümayəndə heyəti Bakıda akademik Zərifə Əliyeva adına Liseydə keçirilən anım tədbirində iştirak edib.

Tədbirdə məktəblilərə alimin ömür yolu barədə ətraflı məlumat verilib, Z.Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər Zərifə xanımın həyatı və fəaliyyəti ilə bağlı məruzələr söyləyiblər. Tədbir şagirdlərin ifasında şeir və kompozisiyalara davam edib.


22:46 01.05.2015