KANAL24.AZ
Az Iw En Ru

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təhsil Nazirliyindən Kanal24-ə verilən xəbərə görə, təbrikdə Azərbaycanın yeni təhsil fəlsəfəsinin əsas sütunlarından birinin müəllim şəxsiyyəti üzərində qurulduğu vurğulanıb: “Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.

 

Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Bu günlərdə, həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb. Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik”.

 

Nazirin təbrikində həmçinin qeyd olunub ki, müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır: “Gələcək müəllimlərin əsəridir”.


20:40 03.10.2014