KANAL24.AZ
Az Iw En Ru

Xarici işlər nazirinin müavini Kolumbiyaya səfər edəcək

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Kolumbiyaya səfər edəcək.

Kanal24.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena bildirib.

Onun sözlərinə görə, X.Xələfov Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin IV toplantısında iştirak etmək üçün noyabrın 4-5-də paytaxt Boqotada səfərdə olacaq.

İclasda siyasi mexanizmlərin tətbiqi məsələləri müzakirə olunacaq və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Kolumbiyanın Azərbaycandakı səfirliyi bu ilin əvvəlində fəaliyyətə başlayıb. Səfirliyə müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena rəhbərlik edir.


20:21 17.10.2014
Xəbər lenti
Bütün xəbərlər