KANAL24.AZ
Az Iw En Ru

AMEA-da yeni kadr təyinatları olub

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilib.

Akademiyadan Kanal24-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında fizika üzrə elmlər doktoru Oqtay Qasımovun Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, Aygün Arifli AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Digər bir qərarla Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


19:07 16.04.2015
Xəbər lenti
Bütün xəbərlər