KANAL24.AZ
Az Iw En Ru

Vakant dövlət qulluğu vəzifələrinə müsabiqənin test imtahanları davam edir

Dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il fevralın 18-də elan olunmuş müsabiqənin test imtahanı mərhələsi davam edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, 36 dövlət orqanından 314 vakant vəzifə müsabiqəyə çıxarılıb. 350 nəfər namizədin sənəd təqdim etdiyi müsabiqənin aprelin 9-da başlanılan test mərhələsində namizədlərə qanunvericilik bilikləri üzrə 40, məntiqi təfəkkürün yoxlanılması üzrə 30, kompyuter biliklərinin yoxlanılması üzrə 15, ümumi dünyagörüşü üzrə 15 olmaqla, 100 test tapşırığı təqdim edilib.

Məlumatda bildirilir ki, test imtahanları gündə iki dəfə olmaqla aprelin 17-dək davam edəcək. İmtahanlarda namizədlərin öz biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Obyektivliyin və tam şəffaflığın təmin edilməsi məqsədilə imtahan gedişinin video və audio yazısı qeydə alınır. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və nəticə arayışı verilir, nəticələr komissiyanın internet saytında yerləşdirilir. Test imtahanında müvafiq keçid balını toplayan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.



02:00 15.04.2015
Xəbər lenti
Bütün xəbərlər