KANAL24.AZ
Az Iw En Ru

Geologiya və Geofizika İnstitutunun əməkdaşı “İlin alimi” oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Haqverdi Haqverdiyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb.

İnstitutdan  bu mükafat alimə ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə verilib.

Qeyd edək ki, H.Haqverdiyev geologiya-mineralogiya elmlərinin inkişafı üçün göstərdiyi xidmətlərinə görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif olunub.


02:19 08.06.2017
Xəbər lenti
Bütün xəbərlər