KANAL24.AZ
Az Iw En Ru

Dəmir yolu ilə yük daşınması 10,9 faiz, sərnişin daşınması 34,6 faiz artıb

Dəmir yolu nəqliyyatı ilə 2017-cı ilin yanvar-aprel aylarında 5,1 milyon ton yük, 799,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən  2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,9 faiz, sərnişin daşınmasında isə 34,6 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 363 vaqon yüklənib, 423 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,8 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.


03:03 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər