KANAL24.AZ
Az Iw En Ru

Cocuq Mərcanlı kəndində 1168 ədəd qəlpə aşkar edilərək götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

 gün ərzində Cocuq Mərcanlı kəndində 1168 ədəd qəlpə aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 26.353 kvadratmetr (2.64 hektar) ərazi tam təmizlənib, 19.400 kvadratmetr (1.94 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.


02:50 30.05.2017