İŞİD-in 2014-cü ildən axtarışda olan komandirlərindən biri öldürülüb.
Tunisdə milli qvardiyanın terrorla mübarizə idarəsinin əməkdaşları tərəfindən öldürülən komandirin adının Husem Tlit olduğu bildirilir. Ancaq rəsmi mənbələr ölənin adını təsdiqləməyib.
Hazırda Tunisdə fövqəladə vəziyyət rejimi davam edir.