KANAL24.AZ
Az Iw En Ru

Bakıda 1-ci "Sələflər və xələflər" beynəlxalq simpoziumu keçiriləcək

Gələn həftə Bakıda 1-ci "Sələflər və xələflər" beynəlxalq simpoziumu keçiriləcək.

Kanal24.az xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, simpozium oktyabrın 22-24-ü tarixlərində baş tuacaq.

T.Hacıyev qeyd edib ki, müasir dilçiliyin problemlərinin müzakirə olunacağı bu beynəlxalq elmi məclisə 12 ölkədən nümayəndələr dəvət olunub.

İnstitut direktoru "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkiafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən də söz açıb.

Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

T.Hacıyev deyib ki, simpozium bundan sonra ənənəvi xarakter alacaq və hər iki ildən bir təşkil ediləcək.


19:29 16.10.2014
Xəbər lenti
Bütün xəbərlər