KANAL24.AZ
Az Iw En Ru

Roberto Mançini Rusiya klubu ilə razılığa gəlib

Mirça Luçeskunun istefaya göndərən "Zenit" Roberto Mançini  ilə anlaşmaq üzrədir.52 yaşlı mütəxəsisə 3 illik müqavilə təklif olunub. İtalyan çalışdırıcının həftə içi Moskvaya gəlib "piterlilər"lə müqavilə imzalaması gözlənilir. Mançini heyətlə bağlı planlarını da rəhbərliyə təqdim edib. "Zenit"ə 2 mərkəz müdafiəçisi, 2-3 yarımmüdafiəçi və 2 hücumçunun transfer olunması mümkündür. Bir neçə futbolçu isə başqa klublara icarəyə verilə bilər. Mançini qapıçılardan razıdır və bu mövqeyi möhkəmləndirməyə ehtiyac görmür. 


00:25 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər