KANAL24.AZ
Az Iw En Ru

"Fransa millisinə dəvət almaması onu məyus edir"

"Real"ın müdafiəçisi Rafael Varan həmyerlisi Kərim Benzemanın Frasna millisindən kənarda qalmasına fikir bildirib. Varan təcrübəli hücumçunun bundan çox məyus olduğunu qeyd edib.

"Benzema adi insandır. Fransa millisinə dəvət almaması onu məyus edir. Düzdür, Kərim psixoloji baxımdan güclüdür. Bu, indiki durumda sakit qalmasına kömək edir. Ona görə Benzemanın narahatlığı meydanda hiss olunmur".

Benzema 2015-ci ilin noyabrında Matye Valbuenanın intima məzmunlu video ilə şantaj olunmasında vasitəçi kimi iştirakına görə Fransa millisindən kənarlaşdırılmışdı. Martın 11-də isə "Real"ın futbolçusu üzərində ittihamlar götürülmüşdü.


00:21 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər