KANAL24.AZ
Az Iw En Ru

Yol polisinin qovduğu maşın oğurluq imiş... - Video

Daxili İşlər Nazirliyi dünən Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun saytına istinadən xəbər veririk ki, məlumatda bildirilir ki, mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır. 

Qeyd edək ki, hadisə şahidləri qəzaya səbəb kimi yol polisinin "Hyundai Tucson"la "06"nı qovmasını göstərirdilər.

Əlavə edək ki, qəza nəticəsində ölən Sahil Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

 


23:49 29.05.2017