KANAL24.AZ
Az Iw En Ru

Sabahın HAVAsı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 15-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.


19:29 29.05.2017
Xəbər lenti
Bütün xəbərlər