KANAL24.AZ
Az Iw En Ru

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

İnsident Maştağa qəsəbəsinin "Südçülük sovxozu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 28 yaşlı Naxçıvan Muxtar Respublikası sakini Vüqar Babayev özünü yaşadığı evin zirzəmisində elektrik naqili ilə asıb.

Qeyd edək ki, mərhum üç uşaq atası idi.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.


15:56 29.05.2017