KANAL24.AZ
Az Iw En Ru

İmişlidə qəza: bacı və qardaş xəsarət aldı

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Cavadxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 53 yaşlı Elman Hafiz oğlu Nəcəfov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun bacısı, 62 yaşlı Fatma Hafiz qızı Əyyubova İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


03:56 29.05.2017