KANAL24.AZ
Az Iw En Ru

Qəbulla bağlı qeydiyyat davam edir- Dövlət qulluğuna

2014-cü il 26 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 50 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 389 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan olunub.

DQMK-dan Kanal24-ə verilən məlumata görə, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 306-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 83-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

16 oktyabr tarixinədək müsabiqədə iştirak etmək üçün 1594 namizəd qeydiyyatdan keçmişdir və vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə (1 vakant yerə 38 namizəd) qeydə alınmışdır.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (515 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (251 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (141 namizəd), Dövlət Statistika Komitəsi (114 namizəd) və Bakı Apellyasiya Məhkəməsi (106 namizəd) olmuşdur.

Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat oktyabrın 27-də başa çatacaq.

Ümumi müsahibə üzrə qeydiyyat 15 oktyabr tarixdə başa çatmış və müsahibəyə çıxarılan 51 vakant dövlət qulluğu vəzifələri üzrə 26 namizəd Komissiyada qeydiyyatdan keçmişdir.


21:19 16.10.2014
Xəbər lenti
Bütün xəbərlər