KANAL24.AZ
Az Iw En Ru

"Kənd təsərrüfatı ili" ilə bağlı - Tədbirlər Planı

Azərbaycan Prezidenti İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

03:57 04.04.2015