KANAL24.AZ
Az Iw En Ru

Mehriban Əliyeva azərbaycanlı modelyerin kolleksiyasından geyindi

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəylik Oyunlarının bağlanış mərasiminə Türkiyədə fəaliyyəıt göstərən modelyer Rüfət İsmayılın xüsusi olaraq hazırladığı libasını geyinib.

Bu barədə azərbaycanlı modelyer Rüfət İsmayıl özü İnstaqram səhifəsində məlumat verib. Modelyer Mehriban Əliyevanın IV İslam Həmrəylik Oyunlarının bağlanış mərasimində onun kolleksiyasına müraciət etdiyi üçün dərin minnətdarlıq hisslərini ifadə edib:

“Azərbaycanın birinci vitse-prezidenti IV İslam Həmrəylik Oyunlarının bağlanış mərasiminə geyindiyi geyimi Rüfət İsmayıl tərəfindən hazırlanmış @afffair.fff –dan seçməsi bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Mehriban Əliyeva dəfələrlə "Dünyanın ən dəbli və cəlbedici birinci xanımları"nın siyahısında ilk yerdə qərarlaşıb.


19:00 26.05.2017