KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verib

Kanal24 AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verilsin.


01:39 26.05.2017
Xəbər lenti
Bütün xəbərlər