KANAL24.AZ
Az Iw En Ru

BMT-nin baş katibi KXDR-nı raket sınaqlarını dayandırmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Koreya Xalq Demokratik Respublikasını (KXDR) raket sınaqlarını dayandırmağa çağırıb.

Bunu baş katibin nümayəndəsi Stefan Cüjarrik deyib: "Bizim üçün KXDR ballistik raketlərin sınağını keçirməklə açıq-aşkar Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Bu sınaqlar regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Biz KXDR-nı gələcək raket sınaqlarını dayandırmağa çağırırıq".


05:12 23.05.2017