KANAL24.AZ
Az Iw En Ru

Qəzada həlak olan 5 tələbə ilə bağlı məlumat

Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan “Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vəfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.

Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun Cəfərli kəndindəndir. 19 yaşlı Elvin Hüseynov, 18 yaşlı Əlizamin Azadlı , Elçin Əhmədov , 17 yaşlı Murad Süleymanlı və Əmiraslan Əmiraslanlı əzilərək ölüblər.

Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.


23:00 21.05.2017