KANAL24.AZ
Az Iw En Ru

Şəmkirdə su üstündə kütləvi dava - 2 nəfər...

Şəmkirdə su üstündə kütləvi dava olub.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Su üstündə yaranan dava zamanı iki nəfər kənd sakini, 1990-cı il təəllüdlü Səbuhi Tağıyev və 1988-ci il təvəllüdlü Anar Gülməmmədov bir neçə nəfər tərəfindən döyülərək Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


06:12 21.05.2017