KANAL24.AZ
Az Iw En Ru

Gəncədə avtomobil 24 yaşlı oğlanı vurdu, sürücü qaçdı

Gəncədə piyadanı avtomobil vurub.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Şəhərin Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis Polis İdarəsində araşdırma aparılır.


06:44 20.05.2017