KANAL24.AZ
Az Iw En Ru

Bakıda əməliyyat: Qadın narko-kuryer tutuldu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.

Polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib.

Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


19:49 18.05.2017
Xəbər lenti
Bütün xəbərlər