KANAL24.AZ
Az Iw En Ru

"Sumqayıtda bu küçədə avtobus yox, gəmi gözləyirlər" - VİDEO

Sumqayıtın Üzeyir Hacıbəyov küçəsini su basıb.

Bu gün günorta saatlarında baş verən hadisəyə səbəb kanalizasiya borularının partlaması olub. Milli.Az xeberle.com-a istinadən bildirir ki, nəticədə Babək küçəsinin bir hissəsi, habelə Üzeyir Hacıbəyov küçəsi su altında qalıb. Su axını Sumqayıt Cümə Məscidinə qədər davam edib. Bununla da piyada və avtomobillərin hərəkətinə çətinliklər yaranıb. Aldığımız son məlumata görə axşam saatlarında həmin ərazidə suyu bağlayıblar.

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtı su basdı


06:50 12.05.2017