KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Mayın 10-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dön  verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.


22:10 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər