KANAL24.AZ
Az Iw En Ru

Bakı sakinlərinə şad xəbər

Bakıda təmirə bağlanan küçələrdə avtomobillərin hərəkəti bərpa olunub. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb.

Bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.

Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə, köhnə asfalt-beton örtük isə yenisi ilə əvəzlənib.

Qurum rəsmisi bildirib ki, yaxın günlərdə digər təmirə bağlanan küçələrdə də işlər tamamlanacaq.

 


18:47 29.03.2015
Xəbər lenti
Bütün xəbərlər