KANAL24.AZ
Az Iw En Ru

Yanvar-fevral aylarında əhalinin gəlirləri 5 faiz artıb

Bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 5,9 milyard manat təşkil edib. Gəlirlərin hər nəfərə düşən həcmi 618 manat və ya ayda orta hesabla 309 manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,3 faiz çox vəsait qalıb.



18:32 27.03.2015