KANAL24.AZ
Az Iw En Ru

Ərəblər dronlarla yağış yağdıracaq

Birləşmiş Ərəb Əmirliklərində quraq yerlərdə yağış yağdırmaq üçün dronlardan – pilotsuz uçaqlardan istifadə oluncaq. 
 
Bu haqda Rusiya mediası xəbər verir. “Rain Enhancement Science” adlı eksperimental proqramın müəllifləri hesab edirlər ki, ekoloji təmiz dronlar buludların “elektrik” yüklənməsi üçün uğurla istifadə oluna bilər. 
 
Hazırda BƏƏ-nin Milli Meteorologiya və Seysmologiya Mərkəzində  bu istiqanətdə  fəal işlər aparılır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, uçan aparat təbii bulud birləşmələrinə xüsusi reagent buraxır. Nəticədə  buludlarda yaranmış rütubət kənara çıxır və yağış yağmağa başlayır.

07:42 29.04.2017