KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da edamlar artır – BMT narahatdır

BMT ABŞ-ın tətbiq etdiyi edam hökmlərindən narahatdır.

Bu haqda BMT-nin İnsan hüquqları üzrə ali komissarı Elizabet Srossel məlumat verib. O, ABŞ-ı edam hökmünü ləğv etməyə çağırıb:

“ABŞ-da edam cəzasının tətbiqi əvvəlki illərlə müqayisədə azalıb. Ölkədə 2009-cu ildə 52 nəfər, keçən il 20 nəfər edam edilib. Bu il isə indiyə kimi artıq 10 adam edam olunub. Bu, bizi ciddi narahat edir”.

Qeyd edək ki, ABŞ-ın Arkansas əyalətində son 8 gündə 4 edam həyata keçirilib.


06:22 29.04.2017