KANAL24.AZ
Az Iw En Ru

Əməkdar artist xəstəxanaya aparıldı

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib.
 
Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib.
 
Aktyorun sözlərinə görə, onun təzyiqi yüksəlib: "Bu aylar qanqaynayan vaxtdır, təzyiqi olanlar üçün təhlükəlidir. Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən. İndi özümü yaxşı hiss edirəm”.
 
Əjdər Həmidov hazırda 1 saylı Şəhər Klinik Xəstəxənasında müalicə olunduğunu deyib:
 
"Darıxıram. Məni ən çox üzən də budur. Aktyor adamam, səhnə, dostlarım üçün darıxıram. Sənət adamları bir yerdə otura bilmir".

06:14 29.04.2017