KANAL24.AZ
Az Iw En Ru

"Dünyanı dərdlə dolu 30 il gözləyir" - Məşhur milyarderdən ŞOK AÇIQLAMA

Alibaba İdarə Heyətinin sədri Jack Ma bazar ertəsi  etdiyi çıxışında internet və yeni texnologiyaların gətirdiyi dəyişikliklərin iqtisadiyyata mümkün təsirlərindən danışıb.
 
Çin Sahibkarlar Klubunun tədbirində çıxış edən milyarder iş adamı dövlətlərin təhsil islahatı aparması lazım olduğunu və yaxın gələcəkdə insanların avadanlıqlarla birgə çalışması lazım olacağını söyləyib: "Önümüzdəki 30 il içərisində dünyanın yaşadığı ağrılar xoşbəxtliklərdən daha çox olacaq, çünki daha çox problemlə qarşılaşacağıq. Tarix boyu texnoloji dəyişikliklər davamlı oxşar gedişatı təqib edib. 20 illik texnoloji dəyişikliyin ardından bu texnoloji yeniliklərin cəmiyyətin digər sahələrinə tətbiq etdiyi 30 illik sürətli dəyişiklik dövrü yaşanır. Bu dövrdə ictimai münaqişələrin həyatın hər sahəsində çox böyük təsiri olacaq".
 
Ma 15 il əvvəl 200-300-ə qədər sahədə insanların elektron ticarət və internetin ənənəvi biznes modelləri üzərində təsiri məsələsinə toxunduğunu, ancaq çox tanınan biri olmadığı üçün çox az adamın ona inandığını söyləyib. Milyarder iş adamı bu gün də internetə bağlı olmayan hər bir iş sahəsinin gələcəkdə çox problem yaşayacağını dilə gətirib.
 
 "Robotlar və insanlar bir arada çalışmalıdır"
 
 Alibaba bulud informasiya və süni zəka kimi bir çox fərqli sahəyə sərmayə qoyaraq e-ticarət sektorundan kənarda da fəaliyyət göstərmək istəyir. Robotların və süni zəkanın da inkişafına toxunan Ma bu gün istehsal ediləndən daha böyük həcmdə məlumatı işləmək üçün insanlardan istifadə edilməyəcəyini, bu texnologiyalara ehtiyac duyulacağını dilə gətirib. 
Maşınların insanların yerini almaması lazım olduğunun vurğulayan Ma bunun əvəzinə insanların görə bilmədiyi işlər üçün maşınlar yaradılmasının daha məntiqli olduğunu ifadə edib. Beləliklə maşınların insanlara bir rəqib deyil, bir iş ortağı olacağını deyib. 
Yenə də süni zəkanın irəliləyişi ilə birlikdə insanların daha çox yaşayacağını, ancaq ətrafda daha az iş olacağını bildirən Ma robotların gələcəkdə şirkətlərin İcraçı Direktoru ola biləcəyini söyləyib.
 
 Ma "30 il sonra Time jurnalının üz qabığında görəcəyimiz "ilin ən yaxşı İcraçı Direktoru" yəqin ki, bir robot olacaq. Sizdən daha yaxşı xatırlayır, sizdən daha sürətli saya bilirlər və sizin kimi rəqiblərinə əsəbiləşməyəcəklər"- deyib. 

 


00:32 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər