KANAL24.AZ
Az Iw En Ru

Yəhudi əsilli deputat,MİLLƏTİNİN VƏKİLİ- Yevda Abramov

Bu gün sizə yəhudi əsilli deputat Yevda Abramov haqda məlumat verəcəyik.Yevda müəllim hər zaman Milli Məclisdə cəsarətli çıxışları ilə seçilən millət vəkilidir. Sözün əsil mənasında millətin, xalqın vəkilidir. İnsanların hörmətini qazanan Yevda müəllim haqqında onu sevən xalqı çox şey bilir, ancaq yene de ondan danışmağı, onun haqqında məlumat çatdıqmağı özümümzə borc bilirik. 

Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. 1970 ci ilərdə Quba rayon Ispik kəndində dərs demişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirən Yevda Abramov pedaqoji fəaliyyətə başlamışdır. Pedaqoq olduğu zamanlarda da xalqı üçün çalışan, gələcəyə savadlı gənclərlə işıq tutmağa çalışan Yevda müəllim sanki bir mayak rolunu üstələnərək, bunu özünə bir vətəndaş borcu, müqəddəs vəzifəsi bilmişdir. 

O, Yeni Azərbaycan Partiyasının üzvüdür. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdir. Xalqın onu seçdiyi ilk gündən bəri onun üçün çalışan, dərdlərini öz dərdi bilən, onlara yaxın olan bir deputat kimi hər kəsin dərin hörmət və rəğbətini qazanmışdır. 

Milliyətcə yəhudi olan Yevda müəllimin İsrail və Azərbaycan əlaqələrinin möhkəmlənməində də əvəzsiz rolu vardır. Xalqın sevib seçdiyi bu insana gələcək fəaliyyətində uğurlar arzu edirik.

 


23:37 28.04.2017
Xəbər lenti
Bütün xəbərlər