KANAL24.AZ
Az Iw En Ru

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

Millimizin baş məşqçisi Robert Prosineçki Serbiyada fəaliyyət göstərən "Mozzart Bet" bukmeyker kontorunda 5 oyuna pul qoyuluşu edib.

Xorvatiyalı bunlar Danimarka çempionatında "Vendsistel" - "Kopenhagen" (qonaqların qələbəsi), Belçikada "Anderlext" - "Şarlerua" (üst), İspaniyada "Sevilya" - "Selta" (meydan sahiblərinin qələbəsi) və "Atletik" - "Betis" (üst), İngiltərədə "Mançester Siti" - "Mançester Yunayted" (qol-qol) matçları olub.

 

 

Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı.

 

Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi "Anderlext" - "Şarlerua" matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.


21:40 28.04.2017