London polisi "Tottenhem" azarkeşini axtarır.
Həmin şəxs İngiltərə Kubokunun yarımfinalında "Çelsi" ilə oyundan sonra 23 yaşlı Maykl Felleri döyüb. Maraqlıdır ki, Feller də "mahmızlar"ın azarkeşidir və xuliqanlıq edən adam onu "Çelsi" azarkeşi hesab edib. Nəticədə 23 yaşlı gənc çənə sınığı və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.