İngiltərə çempionatının 26-cı turunun təxirə salınmış ev oyununda "Mançester Siti" "Mançester Yunayted"lə üz-üzə gəlib. Qarşılaşmada qapılara top vurulmayıb.
Matçın 84-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Maruan Fellayni 19 saniyə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.
Hazırda "Mançester Siti" turnir cədvəlində 65 xal ilə 4-cü yerdə gedir, "Mançester Yunayted" 64 xal ilə bir pillə aşağıda qərarlaşıb.