KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə referendumun qəti nəticəsi açıqlandı

Türkiyənin Ali Seçki Qurumunun sədri Sədi Güvən referendumun qəti nəticələrini açıqlayıb.

Qurum rəhbəri səsvermənin bitdiyi andan bu ana qədər səsvermənin nəticələrinin bütün siyasi partiyalara bərabər zamanda göndərildiyini bildirib.

“Partiyaların tərkibindəki ekspertlərin səslərin sayılması prosesinə cəlb edilməsi təşkil edilmişdi”, - Güvən qeyd edib.

Qeyd edək ki, referendumda seçicilərin 51 faizdən çoxu Konstitusiya dəyişikliyinə "Hə" deyib və ölkə prezident üsul-idarəsinə keçib.


05:30 28.04.2017