KANAL24.AZ
Az Iw En Ru

Rusiyadan növbəti Türkiyə açıqlaması: Narahatıq

Moskva Türkiyənin kürd qüvvələri vurmasından narahatdır.

Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova Türkiyənin Suriya və İraqda YPG terror qruplaşmasına qarşı təşkil etdiyi əməliyyatlara münasibət bildirərkən deyib.

Qeyd edək ki, Türkiyə qırıcılarının Suriya və İraqda PKK mövqelərinə aviazərbələri nəticəsində 70-dən çox terrorçu məhv edilib. Türkiyənin ilk dəfə olaraq Sincar bölgəsini də hədəf alması ABŞ, Rusiya və İranın narazılığına səbəb olub. Türkiyə lideri Ərdoğan isə bu əməliyyatla bağlı ABŞ və Rusiyanın əvvəlcədən məlumatlandırıldığını açıqlayıb.


02:39 28.04.2017
Xəbər lenti
Bütün xəbərlər