KANAL24.AZ
Az Iw En Ru

"Beş mərtəbə" dairəsi ləğv edildi, yol dəyişdirildi

"Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilib.

Bu barədə Bizimyol.info saytına "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Dəyişiklik Yasamal rayonu Akademik Milli Dram teatrının və "Təzəpir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində edilib. "Bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb. Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".


01:13 28.04.2017