KANAL24.AZ
Az Iw En Ru

Avropadan Türkiyəyə növbəti həmlə - Son dəqiqə

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri rəsmi Ankaranın narazılığına səbəb olacaq hesab hazırlayıb.

"Hürriyət"ə istinadən xəbər veririk ki, hesabatda Türkiyəyə qarşı olduqca sərt fikirlər yer alıb.

Son vaxtlar Türkiyə ilə müzakirələrin təxirə salınması da hesabatda yer alıb. Avropa Birliyi Komissiyasına və üzv dövlətlərə konstitusiya paketinin tətbiq olunacağı təqdirdə Türkiyə ilə müzakirələrin dayandırılması çağırışı edilib.

Bundan başqa sənəddə qeyd olunub ki, edam cəzasını bərpa etməsi bu ölkənin Avropa Birliyi ilə müzakirələrinə son qoyacaq.

Hesabat mayın 2-də Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında müzakirə olunacaq.


00:49 28.04.2017