KANAL24.AZ
Az Iw En Ru

İsrail əhalisi 69 il ərzində on dəfə artıb

İsrail dövlətinin elan olunmasının 69 -cu il dönümü ərəfəsində əhalinin 8.68 milyon  nəfərə çatdığı bildirilir ki, bu da o dövrə nibətən on qat artım deməkdir.

Bu məlumatı Mərkəzi Statitika Bürosunun saytı  gələn həftə qeyd olunacaq Qurtuluş günü münaibəti ilə nəşr olunan "Harets" qəzetinə istinadən xəbər verir. 

İsraildə əhalinin 74.7% (təxminən 6.484.000 nəfər)yəhudilər,20.8%-ni (1.808milyon)müsəlman,xristian ərəblər təşkil edir. İsraildə yaşayan qalan  4.5% əhali isə digər kateqoriyaların (qeyri-ərəb,başqa dinlərin)payına düşür. Bundan əlavə İsraildə 183 min daimi yaşayan əcnəbi vətəndaşlar var.

 

Keçən müstəqillik günündən  bu günədək İsrail vətəndaşları 159 min məfər artıb.Bu da təxminən 1.9% deməkdir. 2048-ci ildə İsrailin müstəqilliyinin 100 illik il dönümündə əhalinin 15 milyon nəfər olacağı gözlənilir.1 il ərzində İsraildə 174 min uşaq doğulub,44 min vətəndaş  vəfat edib və 33 min nəfər isə ölkə hüdudlarından kənara gedib.Bu gün İsraildə yaşayan əhalinin təxminən 54% 19-64 yaş arası,35% 18 yaş,11% isə 65 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.İsrail inanların uzun omürlü olmasına görə dünyada ilkin sıralardan birini tutur. Belə ki,orta yaş həddi qadınlarda 84.5,kişilərdə isə 80.9 yaş  götürülür. 

Xatırladaq ki,bu il İsrailin Müstəqillik günü mayın 1-i axşam saatlarından qeyd olunmağa başlanacaq.

 


00:00 28.04.2017
Xəbər lenti
Bütün xəbərlər