KANAL24.AZ
Az Iw En Ru

“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdi

Bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında  aksiya keçiriblər.
 
Kanal24.az xəbər verir ki,bu barədə “Bizim Yol”a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib. 
 
Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Biz fəhlələri məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Biz buna etiraz edirik”.
 
Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi  Nəsimi Paşayev “Bizim Yol”a açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əmək haqqısı verilib”. 

23:19 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər