KANAL24.AZ
Az Iw En Ru

İsrailli nazir-"Məlumat alsaq,hərəkətə keçəcəyik"

İsrail Dəməşq aeroportunu Hizbullaha silah göndərilməsinin qarşısını almaq üçün vurub.

Kanal24.az xəbər verir ki,bu sözləri İsrailin Kəşfiyyat naziri Yisrael Katz deyib.

“Növbəti dəfə də Hizbullaha müasir silahların göndərilməsi ilə bağlı kəşfiyyat məlumatı alsaq, hərəkətə keçəcəyik. İranın Suriyada hərbi cəhətdən var olmasının qarşısını almaq məcburiyyətindəyik”, - Katz bildirib.

Qeyd edək ki, bu gecə Dəməşq aeroportunda şiddətli partlayış baş verib. Aeroportdakı İranın göndərdiyi silahların yığıldığı Hizbullaha məxsus anbar məhv edilib.


22:45 27.04.2017