KANAL24.AZ
Az Iw En Ru

Fransa rədd etdi: Serbiya hökuməti təcili toplanır

Fransanın Kolmara Apelyasiya Məhkəməsi Serbiyaya Kosovanın keçmiş baş naziri Ramuş Xaradinayanın ekstradisiyasına qadağa qoyub.

Artıq Serbiyanın Baş naziri Aleksandr Vuçiç qərarla əlaqədar hökumətin təcili iclasını toplayıb. İclasın əsas mövzusunun məhz Xaradinaya məsələsi olacağı gözlənilir.

Qeyd edək ki, Xaradinaya yanvarın 4-də Fransada Serbiyanın tələbi əsasında həbs edilib. Belqrad onu 1998-1999-cu illərdə Kosovada hərbi cinayətlərdə şübhəli bilir.


21:55 27.04.2017