KANAL24.AZ
Az Iw En Ru

İran Ermənistana qoşun yeritməyə hazırlaşır

Tehran Ermənistanda Rusiyanı əvəz etmək niyyətindədir

Erməni ekspert Alik Eroyans Ermənistanı Rusiyanın qaz asılılığından xilas etməyə çağırıb.

İstiPress-in məlumatına görə, “Lragir”ə müsahibə verən Alik Eroyans Gürcüstanı misal gətirərək onun  Azərbaycan qazı hesabına Rusiya qazından xilas olmasını təqdir edib. Alik Eroyans Ermənistanın xilasının İranda olduğunu vurğulayıb və bu ölkə ilə yalnız qaz sahəsində deyil, həm də iqtisadiyyatın başqa sahələrində əməkdaşlığa çağırıb.

İrandan Azərbaycana tuşlanan erməni “İsgəndər”ləri

Alik Eroyans Ermənistanın yeni nəsil gənc ekspertlərindəndir və onun ənənəvi ruspərəst ermənilərdən fərqli düşünməsi artıq bu günün trendidir. Bu məsələdə Tehranın da məqsəd yönümlü siyasət güddüyü diqqətdən qaçmır. İrəvanda olanlar Tehranın bu ölkədə tərəfdarlar toplamaq üçün ciddi siyasət yürütdüyünü deyirlər.

Məsələn, İrəvanda fəaliyyət göstərən Şah Abbas məscidində cümə namazına gələnlərin çoxu ermənilərdir. Bu ermənilər İrana xırda alverə gedib-gələn zaman islamı qəbul ediblər. İçlərindən hətta Qumda ilahiyyat üzrə ali təhsil alanlar da var. 2015-ci ildə Qumda ali təhsil almış Arsen Safaryan Ermənistan müftisi seçilib və hazırda  İrəvanda cümə xütbələrini o, ermənicə aparır.  Bu isə avtomatik olaraq müsləman ermənilərin sayını artırır. 

İran erməniləri Türkiyə səfirliyi önündə

Qeyri-rəsmi hesablamaları görə, hazırda İrəvanda 30 minə qədər müsəlman yaşayır. Onların sırasında şiəliyi yeni qəbul etmiş ermənilər və həmşinlər (sünni ermənilər) üstünlük təşkil edir. Amma İrandan biznes və təhsil üçün gəlmiş farslar və azərbaycanlılar da çoxdur. İranlılar İrəvanda "türk məhəlləsi" deyilən zonada yaşyırlar və yerli əhali bazarda onlarla əsasən Azərbaycan dilində danışır.

Ermənilər türkcə danışan bu iranlıları sevməsələr də ehtiyat himayə variantı kimi onlarla mehriban davranırlar. Məsələ aydındır, Rusiya regionu tərk edərsə, Ermənistan Türkiyə və Azərbaycanın hücumundan qorunmaq üçün İran ordusunu dəvət edə bilər. Bu fikri hətta yaşlı nəsil erməni ekspertləri də irəli sürürlər.

Məsələn, erməni politoloq Levon Şirinyan bu günlərdə “Lragir”ə verdiyi müsahibəsində İranı ermənilərin “qüdrətli dostu” adlandırıb: “Bizim qüdrətli dostumuz İran regionda üçüncü dövlətlərin mövcudluğunun əleyhinədir. İstənilən halda, İranın bəyanatı bizim  xeyrimizədir ”.

Rusiya Qarabağdan geri çəkilir

İran özünü ermənilərin dostu kimi göstərmək yolunda çox iş görür. Məsələn,  İran tarixində ilk dəfə olaraq ermənilərə Türkiyə səfirliyi qarşısında uydurma erməni soyqırımı ilə bağlı kütləvi aksiya keçirməyə icazə verib. Səfirliyin qarışısına toplanmış yüzlərlə erməni “Türkiyə faşist dövlətdir”, “Ermənilər şəhid oldular” və s. kimi bəyanatlar veriblər. İran əhalisinin 40 faizinə qədərinin türk mənşəli olması belə Tehranı qorxutmayıb.   

Levon Şirinyanın nə demək istədiyi aydındır. Rusiya əgər bölgəni tərk edərsə İran Ermənistana qoşun yeridəcək və təbii ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti təmin etməsinə də maneçilik göstərəcək. Bu gün Moskvada səfərdə olan İran müdafiə naziri Hüseyn Dehqan da Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə nizamlaya bilməyəcəyini deyib. Yəni Tehranın nəyə işarə etdiyi aydındır və rəsmi Bakı bu varianta hazır olmalıdır.

 


21:39 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər