KANAL24.AZ
Az Iw En Ru

Məşhur hind aktyoru vəfat etdi

Məşhur hind aktyoru və siyasətçisi Vinod Kxanna vəfat edib.

70 yaşlı aktyor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyoru Hindistana və keçmiş SSRİ-yə tanıdan “Amar, Akbar, Antony” filmindəki rolu olub. Həmin filmdə onun tərəf müqabilləri Amitab Baççan və Rişi Kapur oynayıblar. Bundan başqa aktyor “Səni axtarıram” (1971), “Uşaq oğurluğu” (1977), “Qanın iki rəngi” (1979), “Əbədi dostlar” və digər filmlərdə oynayıb.

1980-ci ildə siyasi karyera qurmaq üçün aktyorluqdan ayrılıb. Buna baxmayaraq 2015-ci ildə “Aşiqlər” filminə dəvəti qəbul edib.

Qeyd edək ki, aktyorun oğlu Akşay Kxanna hazırda Bollivudun nüfuzlu aktyorlarındandır.


21:25 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər