KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan teatr TARİXİNDƏ İLK - Şekspirin tamaşası belə oynanılacaq!

Ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq.

2 may 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır.

ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.

Qeyd edək ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.


20:54 27.04.2017