KANAL24.AZ
Az Iw En Ru

Hollandiya millisinin yeni baş məşqçisi və köməkçisi məlumdur

Hollandiya Futbol İttifaqı milli komandaya yeni baş məşqçi tapıb.

Danni Blindin istefasında sonra boş qalan postu Dik Advokat tutacaq. Tərəflər rəsmi müqavilə imzalamasa da, hər detalı razılaşdırıblar. Hazırda "Fənərbağça"nı çalışdıran Advokaat mövsümün sonunda məşqçilik karyerasını başa vuracağını bildirsə də, "narıncılar"a kömək etməyə razlaşıb.

69 yaşlı mütəxəssisin zəngin təcrübəsi var. Advokat çoxsaylı klublarla yanaşı, Rusiya millisinə də rəhbərlik edib. Onun Hollandiya millisində köməkçilərindən biri Rud Qullit olacaq. Qullit sonuncu dəfə 2011-ci ildə "Terek"i çalışdırıb.


20:31 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər